Türkmənistanda Azərbaycan Kino Günləri keçirilir

Türkmənistanda Azərbaycan Kino Günləri keçirilir
# 08 iyun 2012 12:38 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Türkmənistanın paytaxtı Aşqabad şəhərində Azərbaycan Kino Günlərinin açılışı keçirilib. APA-nın “Turkmenİnform” agentliyinə istinadən verdiyi məlumata görə, tədbir Türkmənistan Mədəniyyət Nazirliyi və Azərbaycanın Aşqabaddakı səfirliyi tərəfindən iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə təşkil olunub.

Kino Günlərinin ilk günündə “Qorxma, mən səninləyəm” filminin nümayişi keçirilib. Sonrakı günlərdə “Ad günü”, “Şərikli çörək”, “Bir cənub şəhərində”, “O olmasın bu olsun” filmləri, eləcə də Nizami Gəncəvi haqqında sənədli film nümayiş olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR