“Azərbaycan mədəniyyəti dünya sivilizasiyası kontekstində” adlı kultroloji seminar keçirilib - FOTO

“Azərbaycan mədəniyyəti dünya sivilizasiyası kontekstində” adlı kultroloji seminar keçirilib - <font color=red>FOTO</font>
# 08 iyun 2012 15:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının və Kulturoloqlar Cəmiyyətinin təşəbbüsü ilə müstəqillik dövründə əldə olunan Azərbaycan mədəniyyətinin nailiyyətlərinə həsr edilən “Azərbaycan mədəniyyəti dünya sivilizasiyası kontekstində” adlı kultroloji seminar keçirilib. APA-nın məlumatına görə, “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının prezidenti, seminarın elmi rəhbəri, professor Fuad Məmmədov Azərbaycanın son illərdə kultroloji sahədə qazandığı nailiyyətlərdən söz açıb. O, bu məsələdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın danılmaz xidmətlərinin olduğunu vurğulayıb. F. Məmmədov qeyd edib ki, təmsil etdiyi qurum Mehriban Əliyevanın bu rolunu nəzərə alaraq, onu “Görkəmli mədəniyyət qurucusu” mükafatı ilə təltif edib.

Sonra tədbirdə “Azərbaycan mədəniyyəti: tarix və müasirlik” və digər mövzularda çıxışlar edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR