Rumıniyanın “Eurovision 2012” təmsilçisi yenidən Bakıya gəlir

Rumıniyanın “Eurovision 2012” təmsilçisi yenidən Bakıya gəlir
# 09 iyun 2012 10:39 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Rumıniyanı “Eurovision 2012” mahnı müsabiqəsində təmsil edən “Mandinga” qrupu iyunun 19-da yenidən Bakıya gəlir. APA-nın eurovision.az saytına istinadən yaydığı xəbərə görə, qrup millət vəkilləri, səfirlərin iştirak etdiyi beynəlxalq diplomatik tədbirdə təmsil olunacaq. "Mandinga" yenidən Bakıya gəlməyə və pərəstişkarları ilə görüşməyə şad olduğunu deyib.

“Azərbaycan və “Eurovision” "Mandinga" üçün böyük təcrübə idi və biz belə əhəmiyyətli tədbirdə iştirak etmək məqsədilə yenidən məmnuniyyətlə Bakıya gəlirik. Bakıda olduğumuz müddətdə konsert verməyi də planlaşdırırıq", deyə qrupun solo ifaçısı Yelena bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR