Aleksandr Rıbak skripka imtahanından əla qiyməti alıb

Aleksandr Rıbak skripka imtahanından əla qiyməti alıb
# 09 iyun 2012 10:58 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Oslodakı Barratt Due Musiqi İnstitutunda 10 yaşından skripka ixtisasına yiyələnən Aleksandr Rıbak “Eurovision 2009”dakı qələbəsindən sonra təhsilinə ara verdiyindən yekun imtahanını bu günlərdə institutun konsert zalında reallaşdıra bilib. APA-nın müsabiqənin saytına istinadən verdiyi xəbərə görə, Rıbak konsertini İohan Sebastyan Bax və Frans Şubertin musiqisi ilə açıb. O, proqramını Klod Debüssinin "Claire de Lune" və Antonio Bazzininin "La Ronde de Lutins" əsərləri ilə davam etdirib. Onun repertuarında estrada janrındakı bir sıra populyar kompozisiyalar, həmçinin "Daydream" adlı bəstəsi də olub: “Mənim üçün vacib missiya janr və müxtəlif mədəniyyətlərin sintezini yaratmaqdan ibarət idi. Bütün konsertlərimdə bu mədəniyyətlərin hər birindən nəsə ifa etməyə çalışıram. Sadə klassik konsert də olsa, çox həyəcanlı görünməyimə səbəb elə bu idi". Ekspertlər onun ifasına əla qiymət ("A") veriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR