Əbülfəs Qarayev: ““Baku Crystal Hall” Mədəniyyət və Turizm Nazirliyinin balansında deyil”

Əbülfəs Qarayev: ““Baku Crystal Hall” Mədəniyyət və Turizm Nazirliyinin balansında deyil”
# 12 iyun 2012 09:16 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. ““Eurovision-2012”nin keçirildiyi “Baku Crystal Hall” Mədəniyyət və Turizm Nazirliyinin balansında deyil. Bu məkanın dövlət müəssisi kimi fəaliyyət göstərməsi düzgün deyil. Çünki arena özəl sektora məxsusdur”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əblüfəs Qarayev deyib. Nazir bildirib ki, həmin arenada digər beynəlxalq əhəmiyyətli dövlət tədbirləri də keçirmək mümkündür: “Çalışmaq lazımdır ki, ora gəlir çox gəlsin. Zal dövlət müəssisəsi kimi fəaliyyət göstərə bilməz, çünki dövlətin onu maliyyələşdirməyə gücü çatmaz. Ona görə də özəl sektor kimi fəaliyyəti daha məqsədəuyğundur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR