“Eurovision 2012”nin münsiflər heyəti və tamaşaçı səsverməsinin nəticələri açıqlanıb

“Eurovision 2012”nin münsiflər heyəti və tamaşaçı səsverməsinin nəticələri açıqlanıb
# 18 iyun 2012 16:43 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsində münsiflər heyətinin və tamaşaçıların ayrı-ayrılıqda səsverməsinin nəticələri açıqlanıb. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, həm tamaşaçı, həm münsiflərin rəyinə əsasən İsveç təmsilçisi Lorin (Loreen) birincidir. Ümumilikdə 372 bal toplayan Lorin tamaşaçılardan 343, münsiflərdən 296 bal alıb.

“Eurovision-2012”nin ikincisi olan Rusiya təmsilçiləri “Buranovskiye babuşki” qrupu ümumilikd’ 259 bal toplayaraq məhz tamaşaçıların səsverməsinə görə bu yerə layiq görülüb. Münsiflər heyətinin səsverməsində Rusiya təmsilçiləri 94 balla sadəcə 11-ci yeri tuta biliblər. 3-cü yerin sahibi Serbiya təmsilçisi Jelko Yoksimoviç (ümumi 214) tamaşaçılardan 211 bal, münsiflərdən 173 bal alıb. Münsiflər heyəti Serbiya təmsilçisini 2-ci sırada görüb.

Müsabiqəyə ev sahibliyi edən Azərbaycan təmsilçisi Səbinə Babayeva ümumi 150 bal toplayıb. Tamaşaçılar təmsilçimizə 151 bal verərək onu 5-ci yerə, münsiflər isə 118 bal verərək 8-ci yerə layiq görüblər.

İlk beşliyi tamamlayan Albaniya təmsilçisi Rona Nişliuya (ümumi 146) tamaşaçılar 106 bal (8-ci yer), münsiflər heyəti 157 bal (3-cü yer) verib. 6-cı yeri qazanan Estoniya təmsilçisinə (ümumi 120) tamaşaçılar 78 bal (12-ci yer), münsiflər heyəti 152 bal (6-cı yer) verib. 7-ci sırada qərarlaşan Türkiyə təmsilçisi Can Bonomoya tamaşaçılar 176 bal verərək onu 4-cü yerə, münsiflər isə 50 bal verərək 22-ci yerə layiq biliblər.

Yarışmanın səkkizincisi Almaniya təmsilçisi Roman Lob (ümumi 110 bal) tamaşaçılar tərəfindən 125 balla 6-cı yerə, münsiflər heyəti tərəfindən isə 98 balla 10-cu yerə layiq görülüb. 9-cu sırada olan İtaliya təmsilçisi Nina Zilli (ümumi 101) tamaşaçılardan 56 bal alaraq 17-ci, münsiflər heyətindən 157 bal toplayaraq 4-cü olub.

Ümumi nəticə

Tamaşaçı səsverməsi

Münsif səsverməsi

10 İspaniya - 97 bal

45 bal – 18-ci yer

154 bal – 5-ci yer

11 Moldova – 81 bal

75 bal – 13-cü yer

104 bal - 9-cu yer

12 Makedoniya – 71 bal

79 bal – 11-ci yer

69 bal – 17-ci yer

13 Rumıniya – 71 bal

117 bal – 7-ci yer

53 bal – 20-ci yer

14 Litva – 70 bal

68 bal – 14-cü yer

82 bal – 14- cü yer

15 Kipr – 65 bal

63 bal – 15-ci yer

85 bal – 12-ci yer

16 Ukrayna – 65 bal

37 bal – 20-ci yer

125 bal – 7-ci yer

17 Yunanıstan – 64 bal

89 bal – 9-cu yer

60 bal – 18-ci yer

18 Bosniya və Hersoqovina – 55 bal

57 bal – 16-cı yer

71 bal – 15-ci yer

19 İslandiya – 46 bal

39 bal – 19-cu yer

53 bal – 19-cu yer

20 İrlandiya – 46 bal

89 bal – 10-cu yer

14 balla – 25-ci yer

21 Malta - 41 bal

10 bal – 25-ci yer

70 bal 16-cı yer

22 Danimarka – 21 bal

18 bal – 23-cü yer

51 bal – 21-ci yer

23 Fransa – 21 bal

0 bal – 26-cı yer

85 bal – 13-cü yer

24 Macarıstan – 19 bal

20 bal – 22-ci yer

30 bal – 23-cü yer

25 Böyük Britaniya – 12 bal

36 bal – 21-ci yer

11 bal – 26-cı yer

26 Norveç – 7 bal

16 bal – 24-cü yer

24 bal – 24-cü yer



Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsinin qalibi münsiflər və tamaşaçıların səsverməsi ilə 50/50-yə təyin olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR