Bakıda keçirilən “Eurovision-2012”-ni tamaşaçıların izləmə sayı açıqlanıb - YENİLƏNİB

Bakıda keçirilən “Eurovision-2012”-ni tamaşaçıların izləmə sayı açıqlanıb - <font color=red>YENİLƏNİB</font>
# 19 iyun 2012 10:32 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. 1956-cı ildən başlayaraq “Eurovision” mahnı müsabiqəsi ən uzunömürlü və çox izlənən televiziya layihəsi hesab edilir. Hər il bu yarışmanı 600 milyon nəfərə yaxın insan seyr edir. APA-nın escdaily.com saytına istinadən yaydığı xəbərə görə, Azərbaycanda mayın 22-si, 24-ü və 26-da keçirilən müsabiqənin ölkələrdəki izlənmə sayı açıqlanıb. 57-ci “Eurovision” yarışmasında iştirak edən 42 ölkədən 25-nin baxılma statistikası artıq məlumdur. Belə ki, bu il müsabiqənin mayın 26-da keçirilən final şousuna ən çox Almaniyada baxıblar (8. 290.000 izləyici). Ən az göstərici isə İsraildə qeydə alınıb (100 min nəfər). I yarımfinalı ən çox Yunanıstanda, ən az isə Slovakiyada izləyiblər. II yarımfinalı isə ən çox Ukraynada, ən az isə yenidən Slovakiyada baxılıb.

Final şousunu Böyük Britaniyadan 7.590.000, İspaniyadan 6.542.000, Fransadan 3.980.000, Ukraynadan 3.700.000, İsveçdən 3.241.000, Serbiyadan 3.100.000, Yunanıstandan 2.578.253, Rumıniyadan 2.295.000, İtaliyadan 1.400.000, Niderlanddan 1.063.000, Norveçdən 1.094.000, Litvadan 1.300.000 tamaşaçı izləyib.

Ən çox reytinq isə İsveçdə müşahidə olunub. Belə ki, ölkədə final şousunu izləyənlərin sayı 3 milyondan çox olsa da, həmin efirin reytinqi 84 faizi olub.

“Eurovision.tv” xəbər verir ki, “Eurovision” final şousunu ümumilikdə 64 milyon nəfər izləyib. I yarımfinala 19.4, II yarımfinala isə 19.6 mln. nəfər baxıb. Bu o deməkdir ki 57-ci “Eurovision” müsabiqəsini ümumilikdə 102.9 mln nəfər izləyib. “Eurovision”un ümumi telereytinqi 37% təşkil eləyib. İzlənmə sayı ilə bağlı “Eurovision” mahnı müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand bunları deyib: “Biz çox şadıq ki, “Eurovision” müsabiqəsi hələ də çox izlənilən şou olaraq qalır. Biz, həmçinin bu üç möhtəşəm “Eurovision” şounu yayımladığına görə İctimai Televiziyaya dərin təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, ötən il Almaniyanın Düsseldorf şəhərində baş tutan “Eurovision-2011” şousunu 70 mln. insan izləyib. Bu göstərici 2010-cu ildə 69 mln., 2009 ildə 73 mln., 2008-ci ildə isə 64 mln. nəfər olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR