Rumıniyanın “Eurovision-2012” təmsilçisi “Mandinga” Azərbaycanda klip çəkdirir - FOTOSESSİYA

Rumıniyanın “Eurovision-2012” təmsilçisi “Mandinga” Azərbaycanda klip çəkdirir - <font color=red>FOTOSESSİYA</font>
# 19 iyun 2012 14:55 (UTC +04:00)
Həmçinin Azərbaycanın gözəl musiqisinin də şahidi olduq. Biz Bakıdan gedərkən özümüz üçün balaban da alıb aparmışıq. Azərbaycan musiqisi ilə yaxından tanış olduqdan sonra düşündük ki, hər iki ölkənin musiqisini sintez edib, təqdim edək. Yenidən burada olmaqdan, sizləri görməkdən məmnunuq”. APA-nın məlumatına görə, bu sözləri Bakıda səfərdə olan Rumıniyanın “Eurovision 2012” təmsilçisi “Mandinga” qrupunun üzvləri bu gün keçirdikləri mətbuat konfransında deyiblər. “Eurovision” müsabiqəsindən sonra Azərbaycandan, paytaxt Bakıdan məmnun qaldıqlarını bildirən qrup üzvləri, burada yeni dostlar qazandıqlarını açıqlayıblar. “Mandinga” müsabiqədə iştirak etməklə, həm də Azərbaycanı yaxından tanıdıqlarına sevinclərini ifadə ediblər. Mətbuat konfransında o da məlum olub ki, qrup Bakıda yeni kliplərinin çəkilişinə də başlayıblar. Klipin bir hissəsinin “İçərişəhər”də aparıldığını deyən “Mandinga” üzvləri, bu istəklərini reallaşdırmaq üçün üç gün Bakıda olacaqlar.
Azərbaycanlı müğənni Abbas Bağırovla da görüşən “Eurovision” təmsilçiləri, adı çəkilən müğənni ilə bir neçə layihədə əməkdaşlıq etmək arzusunda olduqlarını dilə gətiriblər: “May ayında “Eurovision” ərəfəsində də bütün dünya mediasına müsahibələrimizdə Əzizə Mustafazadə yaradıcılığından söz açmışdıq. Biz hər birimiz Əzizə ifasını sevə-sevə dinləyirik”.

Qeyd edək ki, “Mandinga” qrupunun səfərinin məqsədi Azərbaycan və Rumıniyanın diplomatik əlaqələrinin qurulmasının 20 illiyinə həsr olunan tədbirdə çıxış etməkdir. Eyni zamanda qrup iyunun 20-də “Koroğlu” Metro Stansiyasının qarşısında yerləşən musiqili Alov-Fəvvarə kompleksində konsert proqramı ilə çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR