“Eurovision”un builki ev sahibi Azərbaycan, gələn ilki ev sahibi İsveçlə Cenəvrədə görüşüb

“Eurovision”un builki ev sahibi Azərbaycan, gələn ilki ev sahibi İsveçlə  Cenəvrədə görüşüb
# 22 iyun 2012 12:45 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdə bu il 57-ci “Eurovision” yarışmasına ev sahibliyi edən Azərbaycandan və müsabiqənin qalibi İsveçdən xüsusi nümayəndə heyəti iştirak edib.

Görüşdə məlum olub ki, artıq İsveç “Eurovision 2013” üzrə əsas komandasının üzvlərini müəyyənləşdirib. Şou prodüseri Krister Byorkman, prodakşn müdiri Yoxan Bernhagel və ESC 2013-ün icraçı prodüseri Martin Österdal bildirib ki, müsabiqə öncəsi onlar öz qüvvələrini birləşdirib bu müsabiqənin keçirilməsi üçün sərf edəcəklər. M. Österdal deyib ki, onunla çalışacaq hər üç şəxs böyük təcrübəyə malikdirlər və öz işlərində peşəkardırlar. Bildirilib ki, K.T.Uillers mediaya, kommunikasiya və koordinasiya məsələlərinə nəzarət edəcək. Y.Bernhagel beynəlxalq TV yayımına, prodakşn və servisə cavabdeh olacaq. K.Byorkman isə şouların məzmununa və formatına məsuliyyət daşıyacaq. K.T.Uillers “Eurovision”un layihə meneceri kimi təcrübəyə malikdir. K.Byorkman isə İsveçin ən yaxşı şou prodüseri sayılır və dəfələrlə İsveç nümayəndə heyətinə rəhbərlik edib. Y.Bernhagel isə “SVT”-nin ən yaxşı aparıcılardandır. O, bir çox şouların, idman yarışların və hətta İsveç şahzadəsinin toyunun aparıcısı olub.

O da əlavə edilib ki, “Eurovision 2013”nün yarımfinal şouları mayın 14-ü və 16-da, final şousu isə 18-də keçiriləcək. Yarışmaya ev sahibliyi edəcək arena isə hələ məlum deyil.

Qeyd edək ki, İsveç Azərbaycanın paytaxtı Bakıda keçirilən “Eurovision 2012” yarışmasında Lorinin təmsilçiliyi ilə qalibiyyət qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR