Bakıda keçiriləcək Krans Montana Forumunun illik sessiyasının proqramı açıqlanıb

Bakıda keçiriləcək Krans Montana Forumunun illik sessiyasının proqramı açıqlanıb
# 22 iyun 2012 14:14 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. 28 iyun – 1 iyul tarixlərində Bakıda Azərbaycanın dövlət başçısı İlham Əliyevin himayəsi ilə keçiriləcək Krans Montana Forumunun illik sessiyasının proqramı açıqlanıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, forum çərçivəsində həm turizm sessiyası, həm də yeni liderlərin görüşü mədəniyyətlərarası dialoqa həsr ediləcək.

Forumda 4 dövlət başçısı, baş nazirlər, nazirlər və digər hökumət nümayəndələrinin iştirakı nəzərdə tutulur. Tədbirin əsas məqsədi 2013-cü ildə keçiriləcək növbəti forum və mədəniyyətlərarası dialoqa dair Bakı prosesi haqqında təşviqatın aparılması və ölkəmizin mədəniyyətlərarası dialoqun mərkəzi olması barədə təbliğatın gücləndirilməsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR