Əbülfəs Qarayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis olunmasına münasibət bildirib

Əbülfəs Qarayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis olunmasına münasibət bildirib
# 22 iyun 2012 15:46 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Yeni təsis olunan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Ədliyyə Nazirliyinə dövlət qeydiyyatdan keçmək üçün müraciət etməlidir. Qeydiyyatdan keçəndən sonra bizə müraciət etsələr, onlara köməklik edəcəyik”. Bunu APA-ya açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

“Azərbaycanda Kinematoqrafçılar İttifaqı olduğu halda, eyni adlı alternativ qurumun yaradılmasına ehtiyac vardımı” sualına cavab olaraq Ə. Qarayev bunları deyib: “Düşünürəm ki, əgər bu qədər çoxsaylı tanınmış və ciddi kino xadimi bir yerə toplaşıbsa, belə təşəbbüs irəli sürülübsə, deməli, buna ehtiyac vardı”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR