Gəncədəki mədəniyyət ocaqları yenidən qurulacaq

Gəncədəki mədəniyyət ocaqları yenidən qurulacaq
# 28 fevral 2008 14:34 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. “Bu il “Qırmızıkənd” qəsəbəsində yerləşən 1 saylı Mədəniyyət Evinin və “Yeni İrəvan” qəsəbəsində yerləşən 1 saylı Mədəniyyət Klubunun yenidən inşa edilməsi nəzərdə tutulub. Mədəniyyət ocaqlarında dulusçuluq, xalçaçılıq və digər sahələr üzrə kursların da fəaliyyət göstərməsi planlaşdırılır”. Bu sözləri APA-ya açıqlamasında Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova deyib. O bildirib ki, ötən ildən layihə-smeta sənədləri hazırlanmış “Bakı” kinoteatrının tikintisinə və 4 tarixi abidənin - Ozan məscidinin, Karvansaray kompleksinin, Şah Abbas məscidinin minarələrinin və Zərrabi məscidinin əsaslı təmirinə də başlanacaq: “Bu abidələrin bərpası üçün siyahını Mədəniyyət və Turizm Nazirliyinə göndərəcəyik. Razılıq əldə olunduqdan və təmir üçün vəsait ayrıldıqdan sonra bərpa işləri aparılacaq”.
Qeyd edək ki, Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsində ümumilkdə 225 tarixi abidə qeydiyyatdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR