Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 12 mlrd. 742 mln. 682,77 min ABŞ dolları təşkil edib.
"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 22,64% azdır.
Ötən 9 ay ərzində idxal əməliyyatları 6 mlrd. 201 mln. 463,08 min dollar olub ki, bu da 2015-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 5,89% azdır.
Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 6 mlrd. 541 mln. 219,69 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 33,81% azdır.
Nəticədə 339 mln. 756,61 min dollar məbləğində müsbət saldo yaranıb.