Rusiyanın Ermənistandakı səfirliyinin ərazisində meyit tapılıb

Rusiyanın Ermənistandakı səfirliyinin ərazisində meyit tapılıb
# 05 sentyabr 2016 16:18 (UTC +04:00)

Bakı-APA. Ötən gün Rusiyanın Ermənistandakı səfirliyinin ərazisində kişi meyiti tapılıb.

APA-nın "news.am”a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan polisi xəbər verib.

Bildirilir ki, ölən şəxs 52 yaşlı Rusiya vətəndaşı Andrey Smirnovdur.

O, müvəqqəti olaraq səfirlik ərazisində yaşayıb. Məhkəmə tibbi ekspertizanın ilkin rəyinə əsasən, meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR