Azərbaycanda ailə quran 7503 nəfərin talassemiya daşıyıcısı olduğu müəyyənləşib

Azərbaycanda ailə quran 7503 nəfərin talassemiya daşıyıcısı olduğu müəyyənləşib
# 01 avqust 2016 08:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ilin 6 ayında Respublika Talassemia Mərkəzin ümumi laboratoriyasında 10200 nəfər “Talassemiyasız həyat naminə” Proqramı çərçivəsində proqram çərçivəsində müayinələrdən keçib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bundan əlavə 102 nəfərdə HLA uyğunluq müayinəsi aparılıb. 2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının vaxtında aşkarlanmasında mühüm rol oynayıb. Aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. İndiyədək 152659 nəfər müayinədən keçib. 7503 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 58 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb ki, həmin şəxslərə də müvafiq məsləhətlər verilib. Bütün görülən işlərlə yanaşı “2016-2020-ci illər üçün talassemiya xəstəliyinin və profilaktikası üzrə” Dövlət Proqramında nəzərdə tutulan digər məsələlərin uğurla həyata keçirilməsi yönündə işlər aparılmaqdadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR