Rezidenturaya ərizə qəbulu başlayıb

Rezidenturaya ərizə qəbulu başlayıb
# 01 mart 2016 07:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, ərizə qəbulu martın 10-da başa çatacaq. Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsi üçün onlayn rejimdə sınaq imtahanı martın 19-da keçiriləcək.

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə 1-ci mərhələ üzrə qəbul imtahanı 3 aprel, 2-ci mərhələ üzrə qəbul imtahanı 29 iyul, ixtisaslaşma seçimi 1-7 avqust, namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 9-15 avqust, boş qalan yerlərə ixtisaslaşma seçimi 19-22 avqust, boş qalan yerlərə qəbul olan namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 24-25 avqust tarixlərində aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR