İmişlidə 81 yaşlı kişini elektrik cərəyanı vurub öldürüb

İmişlidə 81 yaşlı kişini elektrik cərəyanı vurub öldürüb
# 09 iyul 2016 18:29 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA. İmişli sakinini elektrik cərəyanı vurub öldürüb. APA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, rayonun Sərxanlı kəndində 1935-ci il təvəllüdlü Abbasov Fəqan Məhəmməd oğlu evində işləyərkən, onu elektrik cərəyanın vurub. F. Abbasov hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə göndərilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR