Azərbaycanda ilk dəfə keçirilən "Mədəni İrs" Forumu başa çatıb

Azərbaycanda ilk dəfə keçirilən "Mədəni İrs" Forumu başa çatıb
# 19 dekabr 2023 17:12 (UTC +04:00)

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən "Mədəni İrs" Forumu başa çatıb.

APA xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən ikigünlük forumda tanınmış tarixçi alimlər, arxeoloqlar, rəssamlar, memarlar, heykəltəraşlar, sənətkar və sahə üzrə digər mütəxəssislər həmçinin media mənsubları iştirak edib.

İkigünlük forum çərçivəsində ümumiliklə 6 panel müzakirə keçirilib.

Müzakirələr zamanı mədəni irsin mühafizəsi, onun tarixi-mədəni əhəmiyyəti məsələləri, həmçinin irs nümunələrinin ölkə xaricinə çıxarılması, idxalı, işğaldan azad olunmuş ərazilərdəki mədəni irsin qorunması və bərpası istiqamətindəki fəaliyyət və digər bu kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Panel müzakirələrdən sonra hər biri üçün ayrı sual-cavav sessiyası təşkil edilib.

Xatırladaq ki, bundan öncə ölkəmizdə ilk dəfə teatr, kino, Azərbaycan dili və ədəbiyyatı, musiqi, həmçinin mədəniyyət və yaradıcı sənayelər mövzusunda da forumlar keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR