Ramştayn hərbi bazasındakı bir neçə türk hərbçi Almaniyadan sığınacaq istəyib.
APA-nın xəbərinə görə, bu barədə “Associated Press” məlumat yayıb. Yerli məmur Pol Yunkerin verdiyi məlumata əsasən, hərbçilərin ailələri də sığınacaqla bağlı müraciət ediblər. O, müraciət edənlərin bir neçə ailə olduğunu desə də, detalları açıqlamayıb.