Ermənilərin Qarabağdan çıxardığı muzey eksponatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət olunub

Elnur Əliyev

© APA | Elnur Əliyev

# 28 oktyabr 2021 11:17 (UTC +04:00)

"Ermənilərin işğaldan azad olunmuş ərazilərdəki muzeylərdən apardığı eksponatlarla bağlı ciddi işlər görülür"

Bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev APA-ya açıqlamasında deyib.

O bildirib ki, hazırda faktların toplanması prosesi gedir: "Qarabağ bölgəsindən çıxarılan muzey eksponatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmişik. Bu, kifayət qədər uzun çəkən prosesdir. Faktların yığılması və lazımı müraciətlərin edilməsi istiqamətində ciddi işlər görülür. Hazırda əlimizdə rəqəmlər var. Onların dəlil və sübut bazasının yığılması ilə məşğuluq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR