“Azərbaycan Dərbəndin bərpasına 1 milyard rubl vəsait xərcləyib”.
APA-nın məlumatına görə, bunu Bakıda keçirilən VII Rusiya-Azərbaycan regionlararası forumda çıxışı zamanı Rusiyanın Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov deyib.
O qeyd edib ki, Azərbaycan mədəni cəhətdən zəngin ölkədir: “Bu sahədə böyük potensialdan istifadə etməliyik. Dağıstan qarşılıqlı faydalı əməkdaşlığa açıqdır və biznesin təhlükəsizliyinə zəmanət verir”.