"Unudulmayanlar" layihəsi xanəndə Mirzə Məhəmmədhəsənə həsr ediləcək

"Unudulmayanlar" layihəsi xanəndə Mirzə Məhəmmədhəsənə həsr ediləcək
# 14 iyun 2019 13:25 (UTC +04:00)

Beynəlxalq Muğam Mərkəzinin (BMM) "Unudulmayanlar" layihəsinin növbəti buraxılışı məşhur Şirvan xanəndəsi Mirzə Məhəmmədhəsənə həsr ediləcək.

APA-nın məlumatına görə, 17 iyun saat 19:00-da keçiriləcək tədbirdə xanəndənin həyat və yaradıcılığından söhbət açılacaq, tanınmış xanəndələrin ifaları təqdim ediləcək.

Gecəyə giriş sərbəstdir.

Qeyd edək ki, "Unudulmayanlar" layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində rol oynamış Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR