“Heydər Əliyev. Vətənə qayıdış” adlı tədbir-sərgi keçirilib

“Heydər Əliyev. Vətənə qayıdış” adlı tədbir-sərgi keçirilib
# 06 may 2013 10:17 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva – APA. Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev. Vətənə qayıdış” adlı tədbir-sərgi təşkil olunub.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sərgidə ilk dəfə olaraq Heydər Əliyevin həyat və fəaliyyətində çox mühüm bir dövrü - “Naxçıvan dövrü”nü işıqlandıran fotoşəkillər nümayiş olunub. Bu şəkilləri muzeyə 2002-ci ildə operator Aftandil Qurbanov təhvil verib.

Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədr müavini Asif Şirinov və başqaları iştirak edib.

Tədbirdə Yasamal rayonundakı 24 saylı Uşaq Yaradıcılıq Mərkəzinin şagirdlərinin bədii-musiqili kompozisiyası nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR