“Lahıc” sənədli filmi Polşada “Ən yaxşı film” mükafatına layiq görülüb

“Lahıc” sənədli filmi Polşada “Ən yaxşı film” mükafatına layiq görülüb
# 22 iyun 2015 12:38 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, festivalın münsiflər heyətinin üzvləri kino, media və turizm sahəsində dünyada tanınmış şəxslər, heyətin sədri isə Oskar mükafatı laureatı Zbiqnev Zmudskidir.

Festivalda dünyanın müxtəlif ölkələrindən 160 film iştirak edib. “Ən yaxşı sənədli film” mükafatı “Azanfilm” studiyasının istehsalı olan “Lahıc” filminə təqdim olunub.

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Rusiyanın əməkdar incəsənət xadimi Tofiq Şahverdiyevdir. Filmin montaj rejissoru Xanlar Ağayev, səs rejissoru Rasim Mehdiyev, icraçı prodüserləri Məhəmməd Ağabəyov və Niyazi Hüseynov, prodüseri Fariz Əhmədovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR