“Leyli və Məcnun” film-operasının təqdimatı keçirilib - APA TV

“Leyli və Məcnun” film-operasının təqdimatı keçirilib - <span style="color: red;">APA TV
# 14 mart 2013 14:08 (UTC +04:00)

Bakı. Aygül Rzayeva – APA. Bu gün Beynəlxalq Muğam Mərkəzində “Leyli və Məcnun” film-operasının təqdimatına həsr olunan mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi 50 dəqiqəlik film operanın 3 il ərzində hazırlandığını bildirib: “Biz qərara gəldik ki, operanın film versiyası üzərində işləyək və bunu hazırda ölkəmizdə keçirilən "Muğam Aləmi" III Beynəlxalq Muğam Festivalı iştirakçılarına təqdim edək”.

Məcnun rolunun ifaçısı, xalq artisti Mənsum İbrahimov və Leyli obrazının ifaçısı, xalq artisti Aygün Bayramova da film haqqında öz təəssüratlarını bölüşüblər.

Azərbaycan Dövlət Opera və Balet Teatrında və Buta Sarayında ekranlaşdırılan “Leyli və Məcnun” film-operası martın 17-də “Nizami” Kino Mərkəzində tamaşaçılara təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR