Türkiyə səfirliyində sənətçi Oya Erginin "Ruhum" albomunun təqdimatı keçirilib

 Türkiyə səfirliyində sənətçi Oya Erginin "Ruhum" albomunun təqdimatı keçirilib
# 13 iyun 2013 16:46 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Türkiyənin Azərbaycandakı səfirliyində türk sənətçisi Oya Erginin Azərbaycanda işıq üzü görən "Ruhum" albomu ilə bağlı tədbir keçirilib.


APA-nın məlumatına görə, tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib ki, səfirlikdə belə bir musiqili tədbir ilk dəfə təşkil olunur.

Daha sonra çıxış edən sənətçi Oya Ergin deyib ki, albomda iki ölkənin ortaq mahnıları yer alıb: "Albomda yer alan mahnıların mövzusu hər iki ölkə ilə bağlıdır. Albom kommersiya məqsədi ilə yazılmayıb. Burada həm mənim, həm millət vəkili Qənirə Paşayevanın, həm də məşhur türk bəstəkarı Əmrə Dündarın mahnıları yer alıb".

Daha sonra qonaqlara mahnılar üçün Bakıda və İstanbulda çəkilmiş kliplər təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR