ABŞ-ın Next Level Hip-Hop Akademiyasının üzvləri Bakıda konsert veriblər

ABŞ-ın Next Level Hip-Hop Akademiyasının üzvləri Bakıda konsert veriblər
# 27 oktyabr 2017 17:45 (UTC +04:00)

Amerika Birləşmiş Ştatlarının Next Level Hip-Hop Akademiyasının üzvləri Bakıda konsert veriblər.

APA-nın məlumatına görə, Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunan tədbirin rəsmi hissəsində qeyd olunub ki, Next Level ABŞ Dövlət Departamenti, Karolina Universiteti və Meridian Beynəlxalq Mərkəzinin birgə təşəbbüsü ilə yaradılıb.

Məqsəd Hip-hop vasitəsi ilə mədəniyyətlərarası mübadiləni genişləndirməkdir. Beş nəfərdən ibarət heyət yerli təşkilatlar, rəqqas və musiqiçilərlə əməkdaşlıq edərək seminar, ustad dərsləri, canlı ifalar təşkil edir.

Qrupun bütün konsertləri ödənişsizdir.

2014-cü ildə heyət Kolumbiya, Braziliya, Hindistan, Tunis və başqa ölkələrdə mübadilə proqramı həyata keçirib. Konsertdə Azərbaycan musiqilərinin sintezi də təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR