Afaq Bəşirqızı Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib

Afaq Bəşirqızı Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib
# 14 avqust 2015 15:40 (UTC +04:00)

APA-nın xəbərinə görə, Afaq Bəşir qızı Səfərova Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Prezident İlham Əliyev həmçinin, Afaq Bəşirqızını yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Ölkəmizdə teatr və kino sənətinin inkişafında Sizin özünəməxsus xidmətləriniz var. Qırx ildən artıq dövrü əhatə edən sənət fəaliyyətiniz ərzində ustalıqla yaratdığınız dolğun və rəngarəng surətlər həmişə öz incə yumoru və yüksək dramatizmi ilə seçilərək qəlblərə yol tapıb. Təbiiliyi və inandırıcılığı ilə seçilən bu obrazlar silsiləsi sənətin incəliklərinə necə dərindən bələd olduğunuzu nümayiş etdirir.

Ölkəmizdə və onun hüdudlarından uzaqlarda qastrol səfərlərindəki çıxışlarınızla Siz Azərbaycan mədəniyyətini daim layiqincə təmsil etmisiniz. İnanıram ki, yaradıcılığınızdan hələ neçə-neçə sənətkar bəhrələnəcək və mədəniyyətimizin daha da çiçəklənməsi naminə töhfələr verəcək.

Bu yubiley gününüzdə Sizə cansağlığı, xoşbəxtlik və yeni-yeni yaradıcılıq sevincləri arzulayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR