Ağdamda aparılan arxeoloji qazıntılar nəticəsində 7 min illik abidə aşkarlanıb - FOTO

Ağdamda aparılan arxeoloji qazıntılar nəticəsində 7 min illik abidə aşkarlanıb  - <span style="color: red;">FOTO
# 07 avqust 2013 09:57 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, İsmayılbəy təpəsi adlanan ərazidə tapılan neolit dövrünə aid yaşayış yerində Qafqazda yaşamış oturaq əkinçi-maldar tayfalara məxsus mədəni nümunələr müəyyən edilib.

Abidə Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Ağdam ərazisində qədim yaşayış məskənində apardıqları qazıntı zamanı tapılıb. Yaşı eramızdan əvvəl V minilliyin birinci yarısına aid tikililər öz memarlıq xüsusiyyətlərinə görə çox cəlbedicidir və nadir arxeoloji nümunələrdən hesab edilir.

Qarabağ neolit-eneolit ekspedisiyasının rəisi, arxeoloq, tarix üzrə fəlsəfə doktoru Xaqani Alməmmədovun sözlərinə görə, indiyədək tarixçilər və arxeoloqlar bütün Qafqazda cəmi 150 belə abidənin olduğunu müəyyən ediblər. Amma son illər aparılan qazıntılar nəticəsində Qarabağın düzənlik hissəsində 125 analoji abidə üzə çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR