Azərbaycan və UNESCO arasında saziş imzalanıb - FOTO

Azərbaycan və UNESCO arasında saziş imzalanıb - <span style="color: red;">FOTO
# 30 may 2013 14:54 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycan və UNESCO arasında Qeyri-Maddi Mədəni İrsin Mühafizəsinə dair Hökumətlərarası Komitənin 10- сu sessiyasının Bakıda keçirilməsi ilə bağlı saziş imzalanıb. APA-nın məlumatına görə, sənədə UNESCO-nun baş direktoru İrina Bokova və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev imza atıblar.

Sazişdə tədbirin bu ilin dekabr ayında Bakıda keçirilməsi qərarı və bütün təşkilatı məsələlər əksini tapıb.

Ə. Qarayev II Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına görə İ. Bokovaya təşəkkür edərək deyib ki, 10-cu sessiyanın keçirilməsi üçün ciddi iş aparılır və işçi qruplar artıq fəaliyyətə başlayıb. O, əmin olduğunu bildirib ki, Azərbaycan bu yubiley iclasının təşkili işinin öhdəsindən gələcək.

Nazir Azərbaycanın UNESCO-nun fəaliyyətinə böyük hörmətlə yanaşdığını, qurumun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyevanın bu istiqamətdə fəal iş apardığını söyləyib.

İ. Bokova isə qeyd edib ki, Azərbaycanın 10-cu sessiyaya ev sahibliyi etmək qərarı ölkənin UNESCO-nun dəyərlərini bölüşdüyünü və dəstəklədiyini göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR