Bakıda Azərbaycan Konqreslər Bürosunun "Açıq qapı" tədbiri keçirilir - FOTOSESSİYA

Bakıda Azərbaycan Konqreslər Bürosunun "Açıq qapı" tədbiri keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 04 sentyabr 2014 08:02 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bakıda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə Azərbaycan Konqreslər Bürosunun "Açıq qapı" tədbiri təşkil edilib.

APA-nın məlumatına görə, nazir bildirib ki, Konqreslər Bürosu Azərbaycanda turizmin inkişafına böyük təkan verməkdədir: “Büro bir ildir fəaliyyət göstərsə də, bir neçə beynəlxalq sərgidə iştirak edib. Azərbaycanda bu cür təşkilatın formalaşması olduqca vacibdir. Biz maraqlıyıq ki, Azərbaycanda bu cür təşkilatlar fəaliyyət göstərsin və turistlərin sayının artmasında öz töhfəsini versin”.

Ə.Qarayev əlavə edib ki, Azərbaycan beynəlxalq konfranslar keçirməkdə maraqlıdır: “Konfranslarda iştirak etmək üçün Azərbaycana gələnlərin adambaşına düşən xərcləri adi turistlərdən iki dəfə çoxdur. Məsələn, fərz edək ki, 100 nəfər turist Azərbaycana gəlib, hərəsi 500 manat xərcləyir. Bir də var, həmin 100 nəfərdən adambaşına 1000 manat pul alırıq. Bu pul dövriyyədə qalır. Ona görə də biz konfransları keçirməkdə çox maraqlıyıq”.

Konqreslər Bürosunun icraçı direktoru Florian Senqstçmit bildirib ki, büronun bir illik fəaliyyəti Azərbaycan turizm potensialının təqdimində böyük rol oynayıb.

Qeyd edək ki, Büronun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR