Bakida Milli Kino Gününə həsr olunmuş tədbir keçiriləcək

Bakida Milli Kino Gününə həsr olunmuş  tədbir keçiriləcək
# 31 iyul 2014 20:13 (UTC +04:00)

APA – nın Azərbaycan Turizm və Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə istinadın yaydığı xəbərə görə, bir çox mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin iştirak edəcəyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-cü ildə istehsal olunmuş "Nabat" bədii filminin təqdimatı olacaq.

Qarabağ müharibəsinin dramatik hadisələrindən birini canlandıran filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev, Elçin Musaoğlu, quruluşçu operatoru Abdulrəhim Beşarat, prodüseri Müşfiq Hətəmovdur.


Filmdə Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov, Fərhad İsrafilov, Rəhilə Məmmədova, Rövşən Ağayev və Həsənağa Səfərov kimi aktyorlar rol almışlar.


Tədbir çərçivəsində bir qrup kino veteranı mükafatlandırılacaq və "yenifilm.az" gənclər üçün kino müsabiqəsinin qalibləri elan olunacaq.


Kino Mərkəzinin foyesində Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış sərgi nümayiş etdiriləcək. Sərginin ekspozisiyasına müxtəlif illərdə lentə alınmış Azərbaycan filmləri üçün çəkilən dekorasiyaların və geyimlərin eskizləri daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR