Emil Əfrasiyab “Saint-Germain-des-Pres” caz festivalında iştirak edib - FOTO

Emil Əfrasiyab “Saint-Germain-des-Pres” caz festivalında iştirak edib - <span style="color: red;">FOTO
# 01 iyun 2015 13:00 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın tanınmış cazmeni, pianoçu Emil Əfrasiyab Parisdə keçirilən “Saint-Germain-des-Prés” XV Caz Festivalının ikinci gecəsində iştirak edib. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransadakı nümayəndəliyi bundan öncəki festivalda da olduğu kimi, bu konsertə də təşkilati dəstək verib.

Cəmiyyətdən APA-ya verilən xəbərə görə, mayın 29-da keçirilən konsertin tamaşaçıları arasında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, əfsanəvi film ulduzu Klint İstvudun oğlu, məşhur gitara ustası Kil İstvud, məşhur yazıçı, ədəbiyyat və caz tənqidçisi Mişel Kontat və tanınmış caz prodüsseri Alain Kassimatis də olublar.

Proqram Emil Əfrasiyabın özünün yazdığı “İki dünya” əsəri ilə başlayıb. Onu Rafael Pannier öz zərb alətlərində müşayiət edib. Bu əsərin ardınca Azərbaycanın görkəmli caz-muğam ustadı Vaqif Mustafazadənin “Mart” əsəri saksofonda Aleksandr Madelinin müşayiəti ilə səsləndirilib. Emil sonra öz bəstəsini - Vaqif Mustafazadənin qızı, məşhur caz müğənnisi və pianoçusu Əzizə xanıma ithaf etdiyi “Əzizə” adlı əsərini ifa edib.

Tamaşaçılar arasında Reims şəhər merinin mədəniyyət məsələləri üzrə müavini Paskal Label və Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Ayaz Qocayev də olub. Tur sentyabrın 7-də Kolmar Caz Festivalının giriş konserti ilə başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR