IX Beynəlxalq Kazan müsəlman filmləri festivalında Azərbaycan iki filmlə təmsil olunacaq

IX Beynəlxalq Kazan müsəlman filmləri festivalında Azərbaycan iki filmlə təmsil olunacaq
# 21 avqust 2013 12:25 (UTC +04:00)

Bakı. Cavid Zeynalov-APA. Sentyabrın 5-dən 11-dək IX Beynəlxalq Kazan müsəlman filmləri festivalı keçiriləcək. APA-nın məlumatına görə, festival proqramına 25 ölkədən bədii, sənədli və animasiya olmaqla, ümumilikdə, 49 film daxildir.

Müsəlman filmləri festivalında Azərbaycan iki filmlə təmsil olunacaq. Şamil Əliyevin “Çölçü” və Fariz Əhmədovun “Əriyən ada” filmləri təqdim olunacaq.

“Çölçü” Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınıb. Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Digər film – “Əriyən ada” sənədli filmi Mədəniyyət və Turizm Nazirliyi və Kinematoqrafçılar İttifaqının dəstəyi ilə “Azanfilm” studiyası tərəfindən istehsal olunub. Filmin ssenari müəllifi Esmira Əyyub, rejissoru Fariz Əhmədov, operatoru Rüfət Kərimov, bəstəkarı Rauf Əliyevdir.

Xatırladaq ki, indiyədək Azərbaycandan Oqtay Mirqasımovun “Cadugər” filmi Beynəlxalq Kazan müsəlman filmləri festivalının qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR