Mədəniyyət və turizm naziri Qaxda vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Qaxda vətəndaşları qəbul edəcək
# 17 iyul 2014 11:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 25-də Qax şəhərində Şəki, Mingəçevir şəhərləri, Qax, Ağdaş, Balakən və Zaqatala rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən xəbərə görə, qəbul Heydər Əliyev Mərkəzində baş tutacaq.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri daxil olmaqla) əlaqə saxlamaları xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR