Ötən il Azərbaycanda dörd teatrın binası əsaslı təmir olunub

Ötən il Azərbaycanda dörd teatrın binası əsaslı təmir olunub
# 06 mart 2013 13:00 (UTC +04:00)

Bakı. Aygül Rzayeva-APA. 2012-ci ilin hesabat dövründə müasir standartlara uyğun bir çox mədəniyyət ocaqları tikilib istifadəyə verilib, köhnələri əsaslı şəkildə yenidən qurulub. APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetindən Milli Məclisə ötən ilin yekunları ilə bağlı təqdim olunan hesabatda qeyd olunub.

Ötən il Beynəlxalq Muğam Mərkəzinin yeni binası tikilib istifadəyə verilib, Heydər Əliyev sarayı, Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrının binaları əsaslı təmir olunub, 17 uşaq musiqi və incəsənət məktəbinin yeni binası tikilib istifadəyə verilib, 10 muzey, 10 rayon kitabxanası, 34 uşaq musiqi və incəsənət məktəbi, 3 mədəniyyət evi, 25 tarixi-mədəniyyət abidəsi əsaslı təmir və bərpa olunub.

Hesabat ilində bulvarın Dövlət Bayrağı Meydanına qədər genişləndirilməsi işlərinə başlanılıb. Bu məqsədlə 20 hektar ərazidə abadlıq işləri görülüb, sahilboyu 1500 metrə yaxın məhəccər və aralıq sütunlar quraşdırılaraq, 72163 kvadratmetr sahə betonlanıb, 60225 kvadratmetr sahəyə metlax döşənib, 1600 kvadratmetr sahədə köhnə tamet daşları yeniləri ilə əvəz edilib, ərazinin işıqlandırılması üçün müvafiq tədbirlər həyata keçirilib.

2012-ci ilin sonunda turizm sahəsində miqyasına görə ən iri layihələrdən olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin I mərhələsi üzrə tikinti-quraşdırılma işləri başa çatdırlıb və istifadəyə verilib.

Göstərilən məqsədlər üçün 2012-ci ildə ölkə büdcəsindən 31 milyon manat vəsait xərclənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR