Qəbələdə III beynəlxalq mürəbbə festivalı təşkil olunacaq

Qəbələdə III beynəlxalq mürəbbə festivalı təşkil olunacaq
# 21 avqust 2015 10:28 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Avqustun 29-da Qəbələdə III beynəlxalq mürəbbə festivalı təşkil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Qəbələ Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyi Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi festival UNESCO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi altında keçiriləcək.

Tədbirə qurumun prezidenti Karmen de Padilla da qatılacaq.

Festivalda Azərbaycanın 20-dən çox bölgəsindən iştirakçılar mürəbbə bişirilməsi üzrə qabiliyyətlərini nümayiş etdiriləcək. Münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

Qeyd edək ki, Qəbələ şəhərində mürəbbə festivalı üçüncü ildir keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR