Qəbələdə növbəti beynəlxalq mürəbbə festivalı keçiriləcək

Qəbələdə növbəti beynəlxalq mürəbbə festivalı keçiriləcək
# 05 avqust 2015 10:48 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Avqustun 29-da Qəbələdə III beynəlxalq mürəbbə festivalı təşkil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Qəbələ Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkil etdikləri festival Dünya Kulinariya Təşkilatları Birliyi və UNESCO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi altında keçiriləcək. Tədbirdə Dünya Xalq Yaradıcılığı Təşkilatının prezidenti xanım Karmen de Padilla da iştirak edəcək.

Festivala Azərbaycanın 23 bölgəsindən iştirakçılar qatılacaq. Münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR