Şəkidə Beynəlxalq Milli Şirniyyat Festivalı keçiriləcək

Şəkidə Beynəlxalq Milli Şirniyyat Festivalı keçiriləcək
# 01 iyul 2014 15:53 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. İyulun 20-də Şəkidə Beynəlxalq Milli Şirniyyat Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanda belə festival bu günədək 4 dəfə keçirilib. Əvvəlki festivallar paytaxt Bakıda baş tutsa da, bu dəfə Şəkidə keçirilməsi daha məqsədəuyğun sayılıb. Əsas səbəb isə Şəki şirniyyatlarının özünəməxsusluğu ilə seçilməsidir. Festivalda Şəki kəndlərinin, ətraf 20 rayonun və 15 ölkənin iştirakı planlaşdırılıb.

Festivalda Azərbaycanın bölgələri də öz şirin xörəklərini, unlu qənnadı məmulatlarını, milli şəkərli şirniyyatlarını sərgiləyəcəklər. Şirniyyat məhsulları öncədən hazırlanmış şəkildə gətiriləcək. Ayrılmış sərgi yerində iştirakçılar özlərinə məxsus milli paltarda olacaq, öz bölgələrinə məxsus məişət əşyaları - xalça, həsir və s. nümayiş etdirərək, sərgi yerində bölgənin əhval-ruhiyyəsini yaradacaqlar.

Festival Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyası və Şəki şəhəri İcra Hakimiyyəti ilə birlikdə baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR