Sentyabrın 27-də Bakıda bir sıra mədəniyyət obyektlərinə giriş pulsuz olacaq

Sentyabrın 27-də Bakıda bir sıra mədəniyyət obyektlərinə giriş pulsuz olacaq
# 25 sentyabr 2014 10:58 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Ümumdünya Turizm Günü münasibətilə bir sıra mədəniyyət obyektlərinə giriş pulsuz olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sentyabrın 27-də saat 10:00-dan nazirliyin və "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin tabeçiliyində olan turizm nümayişi obyektlərinə - muzeylərə, qoruqlara, komplekslərə və abidələrə pulsuz giriş (açıq qapı) elan olunacaq.

Nazirlikdən bildiriblər ki, tədbirlər çərçivəsində sentyabrın 27-də axşam saatlarında İçərişəhər, Qubernator bağı və Fəvvarələr meydanı ərazisində paytaxt sakinləri üçün iki saatlıq proqramla canlı caz musiqisinin ifa edilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR