Türkiyədə xalq artisti Firəngiz Əlizadə haqqında kitab nəşr olunub

Türkiyədə xalq artisti Firəngiz Əlizadə haqqında kitab nəşr olunub
# 05 sentyabr 2014 16:12 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Türkiyədə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə haqqında kitab nəşr olunub. APA-nın xəbərinə görə, yeni nəşrdə F. Əlizadənin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, onun müəllifi olduğu musiqi əsərlərinin fəlsəfəsi araşdırılıb. Kitabda həmçinin bəstəkarın yerli və xarici mətbuat orqanlarına verdiyi müsahibələr, xalq artisti haqqında qələmə alınan məqalələr əks olunub.

“Firəngiz Əlizadənin musiqi dünyası” adlı kitabın müəllifi sənətşünas Ulduzə Qaraqızı, redaktoru Ömər Kayhandır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR