UNESCO Məhəmmədhüseyn Şəhriyar adına beynəlxalq ədəbi mükafat verəcək

UNESCO Məhəmmədhüseyn Şəhriyar adına beynəlxalq ədəbi mükafat verəcək
# 28 iyun 2013 13:37 (UTC +04:00)

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, ədəbi mükafatın verilməsinə 2014-cü ilin sentyabrında başlanacaq. Təşkilatın mükafatlandırıcı komitəsi bu mükafatın yüksək mənəvi və maddi dəyərləri əks etdirən müstəvidə olacağını deyib.

Mükafatın Nizamnaməsində mükafatın təltif edilməsində bir sıra tədqiqatlarla yanaşı, Məhəmmədhüseyn Şəhriyarın həyatını əks etdirən tədqiqatlara da geniş yer veriləcəyi bildirilib. Bu beynəlxalq mükafatın tədqiqatlar mövzusunda şairin əsərlərinin araşdırılması daha çox əhəmiyyət daşıyacaq.

Qeyd edək ki, Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbrizdə anadan olub. Şair “Heydərbabaya salam” , “Divani Türki” , “Yalan Dünya”, “Aman ayrılıq” və digər əsərləri ilə məşhurlaşıb. Şairin vəfat etdiyi gün - 18 sentyabr tarixi İranda Milli Şeir Günü kimi qeyd edilir. O, Təbrizdə “Məqbərətuş-Şuəra” məqbərəsində dəfn olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR