® ƏLİMƏMMƏD NURİYEV: “Mən hər birinizin vəkili olacağam” - FOTO

<font color=red>® </font> <font color=red>ƏLİMƏMMƏD NURİYEV</font>: “Mən hər birinizin vəkili olacağam” - <font color=red>FOTO</font>
# 30 oktyabr 2010 14:03 (UTC +04:00)
Bakı-APA. 71 saylı Masallı kənd seçki dairəsindən namizəd Əliməmməd Nuriyevin seçicilərlə görüşləri davam edir. Deputatın seçki qərargahından APA-ya verilən
Məlumata görə, deputatlığa namizəd Masallı rayonunun Öncəqala və Hüsnühacılı kəndlərinin seçiciləri ilə növbəti görüşünü keçirib. Görüşdə 400 nəfərə yaxın seçici iştirak edib. Öncəqala və Hüsnühacılı kəndlərinin nüfuzlu ağsaqqalları, ziyalıları, din xadimləri də görüşə qatılıblar. Əliməmməd Nuriyevi seçicilərə təqdim edən Haçı Razi Təhməzov fəaliyyəti, platforması barədə ətraflı məlumat verib. O bildirib ki, Əliməmməd Nuriyev istər ikinci çağırış Milli Məclisin deputatı kimi, istərsə də digər vəzifələrdə çalışdığı zaman, həmçinin, bir ictimai xadim kimi hər zaman sadə vətəndaşların hüquqlarının qorunması, onları narahat edən sosial problemlərin gündəliyə gətirilməsi və onların həllində yardım göstərilməsi ilə fərqlənib: “Əliməmməd müəllim hər zaman səmimiliyi, sadə insanlara yaxınlığı ilə seçilib. Hansı vəzifədə çalışmasından asılı olmayaraq, özünü kənara çəkməyib, qorxmayıb, çəkinməyib, Milli Məclisdə təmsil olunduğu zaman daim problemləri qaldırıb və onların həll olunması üçün əlindən gələni edib. “Əliməmməd müəllimə səs verək ki, cəsarətli vəkilimiz olsun”.

O, seçiciləri Əliməmməd Nuriyevə səs verməyə çağırıb.

Namizəd haqqında danışan kənd ağsaqqallarından Mərrux Fətulayev Masallı camaatının Əliməmməd Nuriyevi bir ziyalı, ictimai xadim kimi yaxşı tanıdığını vurğulayıb. Onun sözlərinə görə, Əliməmməd Nuriyev hər zaman insanları, xalqı düşündürən problemlərlə bağlı mövqeyini açıq ifadə edib: “Sözünə, əməlinə sadiq bir şəxs kimi biz ona etibar edə bilərik. Görürsünüz, o başqa namizədlər kimi yalan vədlər vermir, seçiciləri “şirin yalanlarla” aldatmağa çalışmır. Sözün düzünü deyir”.

Öz çıxışında 71 saylı dairədəki seçki prosesinə toxunan Yusif İmanov insanların bəzi namizədlərin görüşlərinə məcburən gətirildiklərini deyərək, onların indidən seçicilərlə hörmət qoymadıqlarını açıqlayıb. O bildirib ki, bu gün seçiciləri zorla ayağına gətirənlər sabah deputat olduqdan sonra onlarla heç maraqlanmayacaqlar.
Öz platforması ilə seçiciləri tanış edən Əliməmməd Nuriyev deputat seçiləcəyi təqdirdə hansı işləri görəcəyi, seçicilərlə necə ünsiyyət saxlayacağı barədə ətraflı məlumat verib. Seçiciləri maraqlandıran sualları cavablandırıb namizəd qeyd edib ki, regionların iqtisadi dirçəlişinə yönəlik dövlət proqramları çərçivəsində Masallının inkişafı üçün böyük işlər görülüb. Bununla belə insanları gündəlik narahat edən bəzi problemlər də qalmaqdadır. O, bu problemlərin həlli üçün ölkə miqyasında görülən işlərə dəstək verəcəyini açıqlayıb. Əliməmməd Nuriyev əlavə edib ki, millət vəkili seçiləcəyi təqdirdə bəzi məsələlərin həlli, məsələn, fermerlərin güzəştli kreditlər alması, rayon iqtisadiyyatına investisiyalar cəlb edilməsi, sadə vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı şəxsi təşəbbüsləri də olacaq.
Ona verdikləri dəstəyə görə görüş iştirakçılarına minnətdarlığını bildirən Əliməmməd Nuriyev bunları deyib: “Mən hər birinizin vəkili olacağam. Seçicilər hər zaman mənim dəstəyimi hiss edəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR