Sergey Markov: “Ermənistan Dağlıq Qarabağın ətrafındakı 7 rayonda da etnik təmizləmə həyata keçirib”

Sergey Markov: “Ermənistan Dağlıq Qarabağın ətrafındakı 7 rayonda da etnik təmizləmə həyata keçirib”
# 29 may 2019 11:57 (UTC +04:00)

“Əslində Azərbaycan ərazilərinin 25 faizi Ermənistanın işğalı altındarır”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.

O deyib ki, hazırda Azərbaycanda Ermənistandan olan qaçqınların, Dağlıq Qarabağ və ətraf ərazilərdən məcburi köçkünlərin sayı 1 milyon nəfərdir: “Heç bir ölkə Dağlıq Qarabağdakı qondarma rejimi rəsmi şəkildə tanımayıb. Heç Ermənistan da bu rejimi müstəqil dövlət kimi tanımayıb. Bu münaqişəni dondurulmuş münaqişə saymaq olmaz. 2016-cı ilin aprelində 4 gün ərzində yüzlərlə əsgər və mülki şəxs həyatını itirib. Çünki Moskva Azərbaycan və Ermənistan rəhbərliyindən xahiş edib ki, müharibə dayandırılsın. Ermənistan Dağlıq Qarabağla bərabər 7 rayonu da işğal edib, o rayonlarda etnik təmizləmə həyata keçirilib. Ermənistan Dağlıq Qarabağın statusu məsələsində mübadilə etmək üçün 7 rayonu işğal altında saxlayır”.

S.Markov Ermənistanın Xocalı şəhərində soyqırım törətdiyini də nəzərə çatdırıb: “Bir gecədə yüzlərlə insan qətlə yetirilib”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR