Bakı – APA. Azərbaycanın işğal olunmuş ərazilərdə erməni əsgərinin qətlə yetirilməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.
APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, vaxtilə Narek Patatanyanın zorakılığa məruz qaldığı məlum olub.
Ermənistan İstintaq Komitəsi rəhbərinin müşaviri Sonna Truzyan bildirib ki, istintaq məlumatları əsasında 6 nəfərə ittiham irəli sürülüb.
Həmin şəxslər artıq həbs olunub.
Qeyd edək ki, N. Patatanyan sentyabrın 16-də öldürülüb.