Mövlud Çavuşoğlu: “Dağlıq Qarabağ problemi həll olunmayınca Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək”

Mövlud Çavuşoğlu: “Dağlıq Qarabağ problemi  həll olunmayınca Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək”
# 15 yanvar 2016 22:50 (UTC +04:00)

Bakı-APA.Dağlıq Qarabağ pioblemi həll olunmayınca Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək.

APA-nın “Haberler.com”-a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qaziantep Universitetində keçirilən VIII “Beynəlxalq Səfirlər” konfransında bildirib.

Türkiyənin qonşu dövlətlərlə münasibətləri barədə sualı cavablandıran M. Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşmadığını xatırladaraq, Azərbaycanın probleminin birbaşa Türkiyənin problemi olduğunu, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini və Qarabağ problemi olduğu müddətdə bu münasibətlərin düzəlməyəcəyini bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR