Rusiyanın Azərbaycandakı səfirliyi: “Dilqam Əsgərovun ailəsindən daxil olan məktub diqqətlə nəzərdən keçiriləcək”

Rusiyanın Azərbaycandakı səfirliyi: “Dilqam Əsgərovun ailəsindən daxil olan məktub diqqətlə nəzərdən keçiriləcək”
# 25 iyul 2014 15:26 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Rusiyanın Azərbaycandakı səfirliyi işğal altında olan Kəlbəcər rayonunda ermənilərin əsir götürdükləri Dilqam Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri tərəfindən məktubun daxil olduğunu təsdiq edib.

Rusiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, məktub diqqətlə nəzərdən keçiriləcək.

“Doğrudan da səfirin adına Q.Əsgərovdan məktub daxil olub. O iddia edir ki, D.Əsgərov Kəlbəcərdə məlum insident zamanı saxlanılıb və o, Rusiya vətəndaşıdır. Bu məktub diqqətlə nəzərdən keçiriləcək və onu göndərən şəxsə cavab veriləcək”, - deyə səfirlikdən bildiriblər.

Həmçinin Rusiya vətəndaşı olan A.Veselovanın səfirliyin konsulluq şöbəsinə həyat yoldaşı, Azərbaycan vətəndaşı Ş.Quliyevin axtarışına kömək etmək xahişi ilə müraciət etdiyi təsdiqlənib. A. Veselovaya bütün lazımi izahatlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR