Amerikalı həmsədr: “Danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır”

amerikali hemsedr danisiqlar masasina en yuksek seviyyede qayitmaq lazimdir

“Danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır”.

 

APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland həmsədrlərin Bakıda keçirdikləri mətbuat konfransında deyib. O bildirib ki, 2016-cı ilin aprel hadisələrinin birinci ildönümü cəbhədə yox, danışıqlar masasında qeyd olunmalıdır: "Biz hazırda fəaliyyətimizi yüksək səviyyəli görüşün reallaşdırılması istiqamətində cəmləşdirmişik".


Diplomat xatırladıb ki, uzun illər ərzində Azərbaycan və Ermənistan prezidentləri görüşlər keçiriblər və yenə belə görüşlər təşkil olunmalıdır. O əlavə edib ki, hər üç həmsədr münaqişənin hərbi yolla həllinin mümkün olmadığını düşünür.

 

R. Hoqlandın fikrincə, 25 il ərzində diplomatik fəaliyyət faciəvi hadisələrin qarşısını alıb: "25 il ərzində danışıqlar nəticəsiz qalsa da, diplomatik fəaliyyətin məqsədi həll üçün müəyyən şəraitin yaradılmasıdır. Hər 3 ölkə höküməti və həmsədrlər münaqişə tərəfləri siyasi iradə ortaya qoyanadək səylərini davam etdirəcək".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ