Argentina senatoru Ermənistanın Alıxanlı kəndində törətdiyi təxribatı pisləyib

argentina senatoru ermenistanin alixanli kendinde toretdiyi texribati pisleyib

Argentina senatının üzvü cəbhə xəttində Ermənistanın mülki şəxslərin öldürülməsi ilə nəticələnən təxribatını pisləyib.

 

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan xalqına dəstəyin ifadə olunduğu və Ermənistanın təcavüzkar siyasətini qınayan məktub Azərbaycanın Argentinadakı səfirliyinə göndərilib. Argentina Senatında Azərbaycanla Dostluq Qrupunun rəhbəri Maria Ester Labado tərəfindən hazırlanan məktubda Fizuli rayonu, Alxanlı kəndində erməni silahlı qüvvələri tərəfindən mülki əhalinin öldürülməsi ilə bağlı dərin təəssüf ifadə olunur.

 

“Bu hadisə təkcə xalqlarımızın ruhuna qarşı bir hücum olduğuna görə deyil, həm də uşaqların qətlinin mütləq pislənilməli olduğuna görə bizi narahat edir,”- deyə senator məktubda bildirib. 

 

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

 

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

 

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 20 Sentyabr
23:25 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bank standard in kecmis rehberinin baresinde cinayet isinin istintaqi dayandirilib
    “Bank Standard”ın keçmiş rəhbərinin barəsində cinayət işinin...
  • muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib
    Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlə...
muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ