ATƏT Daimi Şurasında Dağlıq Qarabağa həsr olunmuş iclas keçirilib

atet daimi surasinda dagliq qarabaga hesr olunmus iclas kecirilib

Ötən gün ATƏT Daimi Şurasında ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə iclas keçirilib.

 

APA-nın məlumatına görə, görüşdə ATƏT Yüksək Səviyyəli Planlaşdırma Qrupu və Azərbaycan və Ermənistanın ATƏT yanında daimi nümayəndəliklərinin təmsilçiləri iştirak edib.

 

Görüşdə Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində atılan addımlar müzakirə olunub.

 

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

 

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

 

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

 

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • pakistanin bas qerargah reisi herbi tehsil muessiselerinde olub
    Pakistanın Baş Qərargah rəisi hərbi təhsil müəssisələrində ...
  • abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib
    ABŞ səfirinin müavini: “2015-2016-cı illərdə Azərbaycanda 43...
abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib abs sefirinin muavini 2015 2016 ci illerde azerbaycanda 43 qadin qetle yetirilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Noyabr, 2017

USD
1.7001
 
EUR
2.0152
 
RR
0.0291